IQNA

20:53 - December 31, 2018
Xəbər sayı: 3484453
Homsda İŞİD-in sığınacağından tapılan bu iki heykəl buraya Tədmirdən oğurlanaraq gətirilib. Terroristlər bu heykəlləri qaçaq yolu ilə ölkədən çıxarmaq fikrində olublar.

İŞİD-in sığınacağından antik heykəl tapıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Suriyanın Şərqi Homs əyalətinin Rif regionunun Səxnə səhrasında İŞİD terroristlərinin sığınacağından iki antik heykəl kəşf edilib.

Homsda İŞİD-in sığınacağından tapılan bu iki heykəl buraya Tədmirdən oğurlanaraq gətirilib. Terroristlər bu heykəlləri qaçaq yolu ilə ölkədən çıxarmaq fikrində olublar.

Homsun antik əşyalar muzeyinin müdiri Hisam Hamiş bu barədə məlumat verərək deyib: Heykəllərdən biri Tədmirli bir kişidir. Onun sol əlində xurma budağı və üzərində qədim Tədmir xətti ilə yazılar var. Digər heykəlin əlində isə geyim dəsti vardır. Onun saçları arxaya daranıb. Hər iki heykəl antik Rum dövrünə aiddir.   

http://iqna.ir/fa/news/3777417  

Teqlər: suriya ، işid ، heykəl ، rum ، antik dövr
Ad:
E-poçt:
* Comment:
* captcha: