IQNA

23:28 - January 04, 2019
Xəbər sayı: 3484468
Əhməd Üseydin Qurani-Kərimin kafirlərin öldürülməsi və digər cihad ayələrinin silinməsi barədə fikrini təsdiqləyənlər də olub. Onlar deyirlər ki, bu ayələr olmazsa, terrorizm, radikalizm və təkfirçilik də olmaz.

Mərakeşli hüquq aktivistinin istəyi skandal yaratdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Mərakeşli hüquq aktivistinin Qurani-Kərimdən Cihad ayələrinin silinməsi barədə istəyi ölkədə skandal və etiraz dalğaları yaratdı.

Mərakeşli hüquq aktivisti Əhməd Üseydin Qurani-Kərimin kafirlərin öldürülməsi barədə olan və digər cihad ayələrinin silinməsi barədə fikrini təsdiqləyənlər də olub. Onlar deyirlər ki, guya, bu ayələr olmazsa, terrorizm, radikalizm və təkfirçilik də olmaz.

Əhməd Üseydin fikrincə Qurani-Kərimin cihad ayələri xüsusi bir zaman və məkan üçün nazil olub və dünyanın bu günki halına uyğun deyil, buna görə də Qurandan silinməlidir ki, dünyada zorakılıq dayansın, sabitlik və sülh bərqərar olsun.

Savadsız və Qurani-Kərim barədə hətta ilkin anlayışı belə olmayan hüquq aktivistinin bu axmaq iddiasına etiraz edən İslami aktivistlər isə bildiriblər ki, onun bu ifadəsi Qurani-Kərimi təhqir etmək və aşağılamaqdır.

Mərakeşin dini vaizlərindən biri olan İbrahim ibn əl-Kərab bu barədə deyib: Heç kim terrorizm və radikalizmlə mübarizə etməyin zəruri olduğunu danmır. Amma bu Quran ayələrini silmək və ixtisara salmaq ilə deyil. Bu ifadə Qurani-Kərimi aşağılamaq və təhqir etməkdir. Və heç bir müsəlman Qurani-Kərimdən hər hansısa bir ayənin çıxarılmasını təsəvvür belə edə bilməz.   

http://iqna.ir/fa/news/3778180  

Teqlər: radikalizm ، terrorizm ، cihad ، iqna
Ad:
E-poçt:
* Comment:
* captcha: