IQNA

Misrin beynəlxalq Quran yarışları barədə açıqlama

11:02 - January 05, 2019
Xəbər sayı: 3484471
Misrin əl-Əzhər Quran Elmləri Mərkəzi tərəfindən keçiriləcək beynəlxalq Qurani-Kərim yarışlarının təfərrüatı və yarışlarda iştirak etmək şərtləri açıqlanıb.

Misrin beynəlxalq Quran yarışları barədə açıqlamaİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin əl-Əzhər Quran Elmləri Mərkəzi tərəfindən keçiriləcək beynəlxalq Qurani-Kərim yarışlarının təfərrüatı və yarışlarda iştirak etmək şərtləri açıqlanıb.

Misrin əl-Əzhər Quran Elmləri Mərkəzinin beynəlxalq Qurani-Kərim yarışları 5 kateqoriya üzrə Şaban ayının 15-dən 28-dək keçiriləcəkdir.

Birinci kateqoriya 10 məşhur "böyük qiraətlər" əsasında Qurani-Kərimin bütöv hifzini, təcvid və tərtilə riayət etməyi və İbn Cəzərinin "Təyyibətun-Nəşr fil-Qiraatil-Əşr" kitabını əzbər bilməyi ehtiva edir.  

İkinci kateqoriyda 10 məşhur "kiçik qiraətlər" əsasında Qurani-Kərimin bütöv hifzi, Şatibinin "Hirzul-əmani və vəcut-təhani fil-qiraatis-səb`i" və İbn Cəzərinin "əd-Dürrətul-məziyyə fil-qiraatis-səlasətil-mərziyyə" kitablarının hifzi yer almışdır.  

Yarışların 3-cü səviyyəsi Qurani-Kərimin təcvid və tərtil ilə bütöv hifzi, Şatibiyyənin 7 məşhur qiraəti, Şatibinin "Hirzul-əmani və vəcut-təhani fil-qiraatis-səb`i" kitabının hifzi və İbn Qüteybənin "Ğəribul-Quran" kitabının mütaliəsi əsasında olacaqdır.  

Yarışların 4-cü səviyyəsi Qurani-Kərimin təcvid və tərtil ilə bütöv hifzi, məşhur qiraətlərdən biri, İbn Kəsirin "Təfsirul-Quranil-Əzim" kitabı əsasında Quranın təfsiri və "ət-töhfə" və "əlcəzəriyyə" kitablarının hifzi əsasında keçiriləcəkdir.

Beşinqi kateqoriya isə Qurani-Kərimin bötöv hifzi, təcvid, tərtil və məşhur qiraətlərdən birini ehtiva edir.

Misrin əl-Əzhər Quran Elmləri Mərkəzinin beynəlxalq Qurani-Kərim yarışları üçün aşağıdakı ümumi şərtlər elan edilib:  

Birinci səviyyə üzrə iştirakçıların yaşı 40-dan, ikinci səviyyə üzrə iştirakçıların yaşı 30-dan, 3-cü səviyyə üzrə iştirakçıların yaşı 25-dən, 4-cü səviyyə üzrə iştirakçıların yaşı 20-dən və beşinci səviyyə üzrə iştirakçıların yaşı 15-dən çox olmamalıdır.

Hər bir yarışçı təkcə bir səviyyə üzrə iştirak edə bilər.

Misrli yarışçılar qarşıdakı saytdan istifadə edərək qeydiyyatdan keçə bilərlər: http://azhar.eg/quranregister

Xaricdə yaşayanlar isə Əl-Əzhərin rəsmi dəvətnamə göndərdiyi İslam Mərkəzlərindən birinin vasitəsi ilə qeydiyyatdan keçə bilərlər. Yarışlarda iştirak etmək istəyənlərin qeydiyyatdan keçməsi üçün son fürsət Camadil-Axir ayının sonudur.  

Qeyd edək ki, Misrin əl-Əzhər Quran Elmləri Mərkəzinin beynəlxalq Qurani-Kərim yarışları Şaban ayının 15-dən 28-dək keçiriləcəkdir. Yarışların yekun mərasimi və qaliblərin mükafatlandırılması mübarək Ramazan ayının 7-də keçiriləcəkdir.  

http://iqna.ir/fa/news/3778076

Teqlər: iqna ، misr ، quran yarışları
captcha