IQNA

21:59 - January 05, 2019
Xəbər sayı: 3484474
Orta Şərqin ən böyük ümumi kilsəsi sabah, həftənin bazar günü, 6 Dekabr 2019-cu il, Misrin paytaxtı Qahirə şəhərində ortodoks qibti xristianların istifadəsinə veriləcək.

Orta Şərqin ən böyük kilsəsinin açılış mərasimi olacaqİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Orta Şərqin ən böyük ümumi kilsəsi sabah, həftənin bazar günü, 6 Dekabr 2019-cu il, Misrin paytaxtı Qahirə şəhərində istifadəyə veriləcək.

Müxtəlif dinlər və məzhəblərinin dostluq əlaqələrinin  möhkəmləndirilməsi hədəfi ilə təsis edilmiş və "Məsihin Miladı" adlanan bu kilsənin açılış mərasimində Misrin prezidenti Əbdülfəttah Sisi və Misrin ortodoks qibtilərinin kilsə rəhbəri Papa 2-ci Tavazrus (H.G. Bishop Tawadrous) iştirak edəcək.

Bu kilsə Misrin yeni icraedici paytaxtında (Qahirə ilə Suez kanalının arasında ərazi) və regionun ən böyük məscidinin yanında tikilmişdir. Bu iki ibadət ocağı bir-birinin kənarında müsəlmanlar və xristianların tolerant həyat tərzini simvolizə edir.

"Məsihin Miladı" kilsəsində Papanın ofisi, mərasim zalı, toplantı zalı və idarə otaqları vardır. Kilsənin tutumu 8200 nəfərdir.      

http://iqna.ir/fa/news/3778348

Teqlər: iqna ، misr ، qahirə ، ortodoks ، qibti
Ad:
E-poçt:
* Comment:
* captcha: