IQNA

8:18 - January 16, 2019
Xəbər sayı: 3484532
BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Dubay şəhərinin "Məhəmməd bin Übeyd" Quran təlimi mərkəzi ən yeni və qabaqcıl texnologiyalardan istifadə edərək beynəlxalq elektron Quran təlimi mərkəzi təsis edir.

Dubay dünyanın İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-bəyan" qəzetinə istinadla verdiyi xəbərə görə, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Dubay şəhərinin "Məhəmməd bin Übeyd" Quran təlimi mərkəzi ən yeni və qabaqcıl texnologiyalardan istifadə edərək beynəlxalq elektron Quran təlimi mərkəzi təsis edir.

BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Dubay şəhərinin "Məhəmməd bin Übeyd" Quran təlimi mərkəzi təsis edildiyi bir il müddətində Qurani-Kərimin hifzi sahəsində dəyərli işlər görmüşdür. İndi isə dünya səviyyəsində Qurani-Kərimin hifzi, tilavəti və Quran elmlərinin təlimini gücləndirmək məqsədi ilə beynəlxalq elektron Quran təlimi mərkəzi təsis etmək qərarına gəlmişdir.

Bu mərkəzin direktoru Nida Məhəmməd bin Übeyd əl-Fəlasi bu barədə deyib: Dubay şəhərinin "Məhəmməd bin Übeyd" Quran təlimi mərkəzi 2018-ci ilin Yanvar ayında BƏƏ-nin İslami işlər və xeyriyyə fəaliyyətləri idarəsinin nəzarəti təsis edildi. Hazırda Qurani-Kərimə xidmət çərçivəsində Quran hafizləri və qarilərinin himayəsi istiqamətində fəaliyyət göstərir. Bu mərkəz bir il ərzində 290 şagirdə Quranın qiraət və hifzi sahəsində dəstək olub və habelə BƏƏ-nin daxilində virtual Quran dərslərini təşkil edib.   

http://iqna.ir/fa/news/3781627

 

Ad:
E-poçt:
* Comment:
* captcha: