IQNA

10:44 - January 18, 2019
Xəbər sayı: 3484540
İsveçin adı açıqlanmayan sağçı radikal siyasət adamı İslam dini əleyhinə danışdığı və müsəlmanları təhqir etdiyi üçün nağd pul ödənişi ilə cərimələndi.  

İsveçli siyasətçi İslamı aşağıladığı üçün cərimə edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İsveçin adı açıqlanmayan sağçı radikal siyasət adamı İslam dini əleyhinə danışdığı və müsəlmanları təhqir etdiyi üçün nağd pul ödənişi ilə cərimələndi.  

"AA" xəbər və informasiya portalının məlutamında deyilir ki, həmi siyasətçi sosial şəbəkələr üzərindən İslam və müsəlmanlara qarşı təhqiramiz sözlər işlətdiyi üçün cəriməyə məhkum edilib.

Adı mətbuata açıqlanmayan bu siyasətçi Sodertalje səhərinin sakini, İsveçin sağçı demokrat partiyasının üzvüdür və miqrantlar əleyhinə irqçi və radikal mövqeyinə görə məşhurdur.  

İsveçin adı açıqlanmayan sağçı radikal siyasət adamı özünün şəxsi Facebook sosial səhifəsində bütün müsəlmanları terrorist adlandırıb.

O, irqçilik və dini zəmində cəmiyyətə nifrət aşılayan status yazdığı üçün məhkəməyə çağırılıb. Məhkəmə onu əvvəlcə 40 gün həbsə məhkum edib. Daha sonra isə hökmü dəyişdirərək həbsi 223 dollar nağd ödənişlə əvəz edib.

İsveçin Ali Baş Məhkəməsi Sodertalje səhər məhkəməsinin radikal sağçı siyasət adamı barədə çıxardığı bu hökmü təsdiq edib.

http://iqna.ir/fa/news/3781946

 

Teqlər: iqna ، isveç ، radikal ، sağçı ، irqçi ، islamofobiya
Ad:
E-poçt:
* Comment:
* captcha: