IQNA

11:49 - January 19, 2019
Xəbər sayı: 3484547
Qəzzada baş tutmuş İsrailin blokada və işğalçılıq siyasətinə qarşı 43-cü Böyük Qayıdış yürüşünün iştirakçıları işğalçı rejimin hərbi qüvvələri tərəfindən intensiv atəşə tutulublar.

İsrail ordusu Qəzzadakı cümə yürüşündə 119 nəfəri yaralayıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin Cümə gün, 18 Yanvar 2019-cu il, Qəzzada baş tutmuş İsrailin blokada və işğalçılıq siyasətinə qarşı 43-cü Böyük Qayıdış yürüşünün iştirakçıları işğalçı rejimin hərbi qüvvələri tərəfindən intensiv atəşə tutulublar.

Felestin.info Imemc.org-a istinadla xəbər verir ki, Fələstin İnsan Hüquqları Mərkəzi (FİHM)qeydə alınmış itki və xəsarətlərlə bağlı hesabatını yayımlayıb. Hesabata əsasən yürüşdə ümumilikdə 119 nəfər yaralanıb. Onların 30-u uşaq, beşi qadın, beşi tibb işçisi və ikisi jurnalistdir.

FİHM fəallarının bildirdiyinə görə, nümayişçilər Qəzzanı işğal altındakı digər Fələstin torpaqlarından ayıran sərhəd çəpərindən onlarla metr aralıqda olmalarına və qarşı tərəfdəki İsrail əsgərlərinə heç bir təhlükə törətməmələrinə baxmayaraq, məqsədli şəkildə hədəfə alınıblar.

Dinc nümayişçilərə qarşı odlu silah və gözyaşardıcı qaz qumbaraları istifadə edilib. Yaralılardan əlavə də xeyli insan qaz qumbaralarından xaric olan zəhərli qazların təsirinə məruz qalıb.

Qeyd edək ki, Qəzza Səhiyyə Nazirliyi yürüşdə 30 nəfərin yaralandığını, onların arasında iki tibb işçisi və iki jurnalistin olduğunu açıqlayıb .

Bildirək ki, Qəzza əhalisi işğalçı rejimin 13 ildir tətbiq etdiyi blokadanı ləğv etməyə, qaçqınların öz yurdlarına qayıtmasına imkan verməyə çağırırlar. Ötən ilin martından başlamış etiraz yürüşlərində bəzi mənbələrin bildirdiyinə görə, 250-yə yaxın insan həlak olub, 26 min nəfər isə yaralanıb.

Ad:
E-poçt:
* Comment:
* captcha: