IQNA

14:21 - January 19, 2019
Xəbər sayı: 3484549
İran İslam Respublikasının geyim və moda dizaynerləri Türkiyənin İstambul şəhərində müxtəlif ölkələrin iştirakı ilə keçirilən 3-cü İslami geyim və moda sərgisində iştirak edir.

İİR Türkiyənin İslami geyim sərgisində iştirak edirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  İran İslam Respublikasının geyim dizaynerləri Türkiyənin İstambul şəhərində keçirilən 3-cü İslami geyim və moda sərgisində iştirak edir.

Türkiyənin İstambul şəhərində keçirilən 3-cü İslami geyim və moda sərgisinin açılış mərasimi İstambul meri Mövlud Uysal və digər dövlət rəsmilərinin iştirakı ilə İstambulun beynəlxalq konqresinin sərgi məkanında keçirilib.

Cari həftənin Cümə axşamı günü (17 Yanvar 2019) başalayan bu sərgidə İran İslam Respublikasından 20 geyim dizayneri şirkəti iştirak edir.

İran İslam Respublikasının İstambuldakı Mədəniyyət Əlaqələri İdarəsinin verdiyi məlumata əsasən, İstambulın meri Mövlud Uysal sərginin açılış mərasimində İslam mədəniyyətinin geyim sahəsində də dünyaya çatdırılmasının zərurətinə işarə edərək dedi: Ümidvaram ki, dünya bazarında İslam geyimləri baxımından öz payımızı çoxaldacayıq. Bunun üçün isə İslami geyim və moda sahəsində həmkarlıqlarımızı genişləndirməliyik.

İran İslam Respublikasının İslami İrşad və Mədəniyyət nazirinin geyim və moda işçi qrupunun başçısı Həmid Qubadi açılış mərasimində çıxış edərək deyib: İran İslam Respublikasının 20 geyim dizayneri şirkəti ölkəmizin geyim sahəsindəki bacarığını bu sərgidə nümayiş edəcək.

O əlavə edib: Baxmayaraq ki, bu sərgidə geyim və moda sənətinin bütün imkanlarını təqdim etmək imkanı yoxdur, amma ümidvarıq ki, iki ölkənin geyim dizaynerləri, sənətçiləri və ticarətçiləri geyim və parça sahəsində həmkarlıq üçün yeni imkanlar yaradacaqlar.  

Sərginin açılış mərasimində Əfqanıstanın baş konsulu Əbdülqəyyum Bəssam da iştirak edib. O deyib ki, Əfqanıstan hər il 1 milyard dollarlıq libas, geyim və parça ölkəyə daxil edir. Buna görə də Türkiyənin kiçik və orta sahibkarlarını Əfqanıstanda iş qurmağa dəvət edirəm.

Qeyd edək ki, bu sərgidə geyim və parça sahəsində dünyanın 100-dən çox ixracatçı şirkəti iştirak edir.

Sərgidə Türkiyə, İran, İspaniya, Fransa, İtaliya, İraq, Malaziya, Əfqanıstan, Mərakeş, Ərəbistan, Almaniya, Liviya, Misr, Nigeriya, Hollandiya və Qətərin ixracatçı şirkətləri 3 gün müddətində son geyim modellərini nümayiş edəcəklər

http://iqna.ir/fa/news/3782420  

Ad:
E-poçt:
* Comment:
* captcha: