IQNA

9:55 - January 20, 2019
Xəbər sayı: 3484556
 İmam Hüseynin (ə) müqəddəs hərəminin idarə heyəti tərəfindən ƏRBƏİN ziyarəti piyada yürüşündə iştirak edən qadın və uşaqlar mövzusunda qadınlar arasında Fotoqrafiya müsabiqəsi təşkil edib.

ƏRBƏİN piyada yürüşü mövzusunda Fotoqrafiya müsabiqəsiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İmam Hüseynin (ə) müqəddəs hərəminin idarə heyəti tərəfindən ƏRBƏİN ziyarəti piyada yürüşündə iştirak edən qadın və uşaqlar mövzusunda qadınlar arasında Fotoqrafiya müsabiqəsi təşkil edib.

İraqın "Şəhidlik Baharı Beynəlxalq Festivalı" çərçivəsində təşkil edilmiş bu müsabiqə cari ilin Şəban ayında keçiriləcəkdir.

İmam Hüseynin (ə) müqəddəs hərəminin idarə heyətinin informasiya idarəsinin qadınlar şöbəsi müsabiqədə iştirak etmək üçün şərtləri açıqlayıb:

1). Müsabiqəyə göndərilən fotolar JPG formatında və yüksək keyfiyyətdə olmalıdır.

2). İmam Hüseynin (ə) hərəmi həmin fotoları digər məqsədlər üçün də istifadə edə bilər.

3). İştirakçıların yaşı 17-dən yuxarı olmalıdır.

4). Fotoların üzərində tarix və ya imza kimi əlavələr olmasın.

5). Yarışa göndərilən fotolar öncədən başqa müsabiqədə istifadə və ya çap edilməmiş olsun.

6). Hər iştirakçı ən çoxu 2 şəkil göndərə bilər.

7). Yarışda iştirak etmək istəyənlər cari ilin Mart ayının 10-dək çəkdikləri şəkilləri yarışların keçirilməsi komitəsinə göndərməlidirlər.

ƏRBƏİN piyada yürüşü mövzusunda Fotoqrafiya müsabiqəsində iştirak etmək istəyənlər aşağıdakı əlaqə vasitələri ilə azularını həyata keçirə bilərlər:

e-poçt:  Women.media۸۹@gmail.com 

telefon: ۰۷۴۳۵۰۰۰۵۷۸  / ۰۷۸۰۴۷۳۸۷۰۴

 

http://iqna.ir/fa/news/3782594

Ad:
E-poçt:
* Comment:
* captcha: