IQNA

Beynəlxalq koalisiya qüvvələri məscidi bombaladı

23:06 - January 25, 2019
Xəbər sayı: 3484579
Suriyanı İŞİD-lə mübarizə adı altında işğalda saxlayan beynəlxalq koalisiya qüvvələri Suriyanın şərqində Fərat çayı sahilində yerləşən məscidi bombalayıblar.

Beynəlxalq koalisiya qüvvələri məscidi bombaladıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suriyanı İŞİD-lə mübarizə adı altında işğalda saxlayan beynəlxalq koalisiya qüvvələri Suriyanın şərqində Fərat çayı sahilində yerləşən məscidi bombalayıblar.

Koalisiya qüvvələri elan ediblər ki, məscid İŞİD terrorçularının qərargahı olub və hava hücumuna məruz qalan məsciddə terrorçular öldürülüb.

İŞİD-lə mübarizə üçün Suriyaya soxulan beynəlxalq koalisiya qüvvələri bildiriblər ki, İŞİD terrorçuları həmişə məscid, mədrəsə və xəstəxanalardan gizlənmək üçün istifadə edirlər.

Amerikanın rəhbərliyi ilə Suriyanı işğalda saxlayan koalisiya qüvvələri bundan öncə də bir neçə məscidi terroristlərin qərargahı olması bəhanəsi ilə bombalayıb.

Suriya rəsmiləri Amerika və müttəfiqlərini bu ölkədə sivil vətəndaşarı hava hücumları zamanı öldürməkdə günahlandırıb. Amerika və rəhbərlik etdiyi koalisiya 2014-cü ilin Avqust ayından 2018-ci ilin Noyabr ayınadək 1139 suriyalı sivil vətəndaşı hava hücumları zamanı öldürüblər.      

http://iqna.ir/fa/news/3784195

 

 

 

captcha