IQNA

0:29 - January 27, 2019
Xəbər sayı: 3484587
"Əgər İsrail bizə hücum edərsə, çox ağır və baha qiymət ödəməli olacaq. Və hücumun xərci onlar təsəvvür etdiyindən çox çox ağır olacaq". - bunu Hizbullah hərəkatının baş katibi Seyid Nəsrullah deyib.

İsrailin Hizbullaha hücumu onlara çox ağır və baha başa gələcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livan İslam  Müqaviməti Hərəkatının (HİZBULLAH) baş katibi Seyyid Həsən NƏSRULLAH keçən gecə (Şənbə, 26 Yanvar 2019) "əl-Məyadin" peyk tv kanalı ilə müsahibəsində son aylarda mediada görünməməyinin və sakit dayanmasının səbəbləri və bu barədə gəzən şayiələrə cavab verərək dedi: Son bir neçə ayda mediadan uzaqlaşmağımın fiziki sağlamlığım ilə heç bir əlaqəsi yoxdur. Mənim səhhətim barədə yayılanlar hamısı yalandır.

O əlavə etdi: Dekabr və Yanvar aylarında çıxış üçün konkret bir mövzu yox idi. Amma müxtəlif hadisələr baş verdi ki, onların ən mühümü "İsrailin şimalında qalxan əməliyyatı" idi. Netanyahu bu barədə danışdıqdan sonra qardaşlar ilə belə qərara gəldik ki, bu əməliyyatın sonunadək onlara əhəmiyyət verməyək, nə istəyirlər desinlər və biz onların media davasının bir hissəsi olmayaq.

HİZBULLAH təşkilatının baş katibi vurğuladı: Şükür Allaha, sağlamlıq sarıdan heç bir problemim yoxdur. Bəzi mediaların mənim ölməyim barədə danışması və şayiə yayması gülüncdür.

Nəsrullah əlavə etdi: İsrailin keçmiş qərargah rəisi Qadi İzinkut "şimali qalxan əməliyyatı"nı başlamamış qurtarmış hesab edir. Bir neçə həftə öncə mənim sağlamlığım barədə danışmaqla işə başladılar. Biz fikirləşdik ki, İsrail istəyir biz onların istədiyi vaxtda nəsə danışaq. Biz məcbur deyilik ki, bu tunellərin HİZBULLAH tərəfindən qazıldığını deyək. Biz struktur qeyri-müəyyənliyini tərcih edirik. İsrailin tapdığı tunellərdən biri 14 il öncə qazılıb və işğal edilmiş Fələstin torpaqlarına qədər gedib çıxıb. Amma İsrailin heç bir texnologiyası o tunelin mövcudluğundan xəbər tuta bilməyib. Bu tunellərin mövcudluğu məsələsi dolaşıq qalmalıdır.

Livan İslam  Müqaviməti Hərəkatının (HİZBULLAH) baş katibi Seyyid Həsən NƏSRULLAH işağl edilmiş ərazilərdə məskunlaşmış yəhudi qəsəbə sakinlərinə dedi: Siz, İsrail məsullarının tunellər barədə dediklərinin düzlüyü barədə xatircəm olmağa çalışın.

O əlavə etdi: Netanyahu və rəhbərlik etdiyi dəstənin tunellərin əl-Cəlil əməliyyatı üçün qazıldığını deməsi bizə xidmətdir və bir daha vurğulayır ki, biz doğruyuq.

Netanyahu işğal edilmiş Fələstinin şimalında yaşayan yəhudilərin ürəyin qorxu salmaqla bizə xidmət etmiş oldu. Tunellər mövzusu psixoloji savaş meydanında bizə kömək etdi. Halbuki bu mövzu barədə mediada səy-küy yaratmaq lazım deyildi.

Seyyid Həsən Nəsrullah yəhudilərin Livana hücum planı ilə Hizbullahın əl-Cəlilə girməsi arasında bağlılıq olduğuna işarə edərək dedi: İsrail heç vaxt anlamayacaq ki, biz əl-Cəlilə hardan girəcəyik. Əlbəttə bu məsələ Livana hücum edilərsə, baş verəcək. Biz döyüş şərtlərinə uyğun əməliyyat keçirməyə qadirik. Biz neçə il bundan öncədən bu əməliyyatı keçirmək gücündəyik. Suriyada qazandığımız tərcübədən sonra isə bu məsələ çox sadələşmişdir. Və bu bizim haqqımızdır ki, özümüzü müdafiə üçün lazım olan tədbirləri görək.

Livan İslam  Müqaviməti Hərəkatının (HİZBULLAH) baş katibi Seyyid Həsən NƏSRULLAH vurğuladı: Əgər İsrail bizə hücum edərsə, çox ağır və baha qiymət ödəməli olacaq. Və hücumun xərci onlar təsəvvür etdiyindən çox çox ağır olacaq.

http://iqna.ir/fa/news/3784615

 

Ad:
E-poçt:
* Comment:
* captcha: