IQNA

Misr şöhrətli Əfqanlı beynəlxalq qari - Foto

23:11 - January 27, 2019
Xəbər sayı: 3484591
Əfqanıstanlı beynəlxalq dərəcəli peşəkar Quran qiraətçisi Əbdülkərim Heydəri indiyədək Misrin paytaxtı Qahirə şəhərində dünyanın 99 ölkəsinin səfirinin hüzurunda Qurani-Kərim tilavət etmişdir.

Misr şöhrətli Əfqanlı beynəlxalq qariİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əfqanıstanlı beynəlxalq dərəcəli peşəkar Quran qiraətçisi Əbdülkərim Heydəri indiyədək Misrin paytaxtı Qahirə şəhərində dünyanın 99 ölkəsinin səfirinin hüzurunda Qurani-Kərim tilavət etmişdir.

O, Misrin əl-Əzhər İslam Mərkəzinin sabiq şeyxi Məhəmməd Seyyid Təntavinin xüsusi qarisi olub.

Əbdülkərim Heydəri Əfğani bütöv Qurani-Kərimi kamil şəkildə Misrin Şeyxul-Qürrasının hüzurunda tərtil ilə oxuyub və audiosunu hazırlayıb.

Misrin əl-Əzhər İslam Mərkəzinin məzunu olan Heydəri İslam ölkələri və qeyri-müsəlman ölkələrini gəzib və tilavətlər icra edib. Sonuncu dəfə isə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən 19-cu beynəlxalq Quran yarışlarında fəxri qonaq kimi iştirak edib.

Əfqanıstanın Kabul şəhərində (1983) anadan olan Əbdülkərim Heydəri atasının arzusu ilə qarilik peşəsinə yiyələnir. 9 yaşında ikən ibtidayi təhsilin kənarında Qurani-Kərimi də hifz edir. Region üzrə yarışlarda iştirak edəb Əbdül-Kərim sonradan həm hafiz və həm də qari keçirilən Pakistan kimi qonşu ölkələrdə Quran yarışlarına qatılır.  

Onun səsinə valeh olan həmvətənləri onu Misrin səfiri ilə görüşdürür və əl-Əzhərdə təhsil almaq üçün şərait yaratmasını istəyirlər. Bir il sonra isə o, əl-Əzhərdə tələbə olmaq arzusunu reallaşdırır.

Əbdülkərim Heydərinin Quran tilavəti

http://iqna.ir/fa/news/3777836

عبدالکبیر حیدری قاری افغانی : قاهره نقطه آغاز من برای جهانی شدن بود

captcha