IQNA

8:19 - January 30, 2019
Xəbər sayı: 3484604
Fələstinin Qəzzə zolağında 22-ci dəniz aksiyası "dənizdən mühasirəni qəbul etəməyəcəyik" şüarı ilə Fələstinin "Qəzza Mühasirəsinin Yarılması Milli Hərəkatı" heyəti tərəfindən təşkil edilib.

Qəzzə sahillərində 22-ci dəniz aksiyası keçirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin ikinci günü, 29 Yanvar 2019-cu il, Fələstinin Qəzzə zolağında 22-ci dəniz aksiyası "dənizdən mühasirəni qəbul etəməyəcəyik" şüarı ilə keçirildi.

Fələstinin Qəzzə zolağında 22-ci dəniz aksiyası "dənizdən mühasirəni qəbul etəməyəcəyik" şüarı ilə Fələstinin "Qəzza Mühasirəsinin Yarılması Milli Hərəkatı" heyəti tərəfindən təşkil edilib.

Bu aksiyada 20 qayıq Qəzzə zolağının şimal sahillərinə tərəf hərəkət edib. Dəniz aksiyaçılarını Qəzzə zolağının şimalında sahildən onlarla fələstinli bir yerə toplaşaraq dəstəkləyib.

İşğalçı sionist rejimin qüvvələri aksiyaçı qayıqları sərhəd sahildən uzaqlşadırmaq üçün onlara tərəf atəş açıblar. Sionist quldurların silahlı hücumu nəticəsində 14 nəfər fələstinli vətəndaş və bir nəfər tibb işçisi yaralanıb.

Qeyd edək ki, bir ilə yaxındır fələstinlilər ən azı hər həftə Qəzzə zolağının sərhəd boyunca müxtəlif ərazilərində "qayıdış yürüş"ləri aksiyaları keçirirlər.   

Keçən il (2018) Mart ayında başlayan bu etirazlarda indiyədək sionist quldurları ən azı 246 nəfər fələstinlini şəhid ediblər. Həmin müddət ərzində məlum aksiyalarda təkcə iki nəfər israil əsgəri məhv edilib.  

http://iqna.ir/fa/news/3785730

Ad:
E-poçt:
* Comment:
* captcha: