İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən cümə günü ilə əlaqədar Qəzzada 45-ci Böyük Qayıdış yürüşü keçirilib. Qəzza sərhəd çəpərinin qarşı tərəfində mövqe qurmuş işğalçı İsrail rejim qüvvələri dinc etirazçıları snayperlərə atəşə tutub, kütləyə tərəf gözyaşardıcı qaz qumbaraları atıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, yürüş zamanı 32 fələstinli İsrail ordusu tərəfindən vurularaq xəsarət alıb. Yaralılar arasında azyaşlılar da var.