İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin əl-Əzhər İslam Elmləri Akademiyasının beynəlxalq Qurani-Kərim yarışlarının ilkin mərhələsi bu təhsil ocağının Alimlər Heyətinin təşəbbüsü ilə dünən, həftənin Şənbə günü, 23 Fevral 2019-cu il, Qahirənin Nəsr şəhərciyinin əl-Əzhər Beynəlxalq Toplantılar Mərkəzində öz işinə başlayıb.
Yarışların birinci mərhələsində iştirakçılar Qurani-Kərimin hifzi, tilavəti və təcvidi mövzusunda sualları cavablandırırlar. Yarışların gedişatında əl-Əzhərin Müshəf Nəzarəti Komitəsinin təşkil etdiyi hakimlər komitəsi nəzarət edir.
İlkin mərhələdə Misrli yarışçılar Cəmadil-Əvvəl və Rəcəb ayında, xarici yarışçılar Şaban ayının 15-dən 22-dək iştirak edəcəklər. Yarışların final mərhələsi isə Şaban ayının 23-dən 28-dək keçiriləcəkdir. Yarışların qalibləri Ramazan ayının ilk on günü ərzində keçiriləm yekun mərasimində mükafatlandırılacaqlar.
http://iqna.ir/fa/news/3792730