IQNA

Seyyid Həsən Nəsrullah: Göz yaşlarımı tuta bilmədim

17:19 - February 27, 2019
Xəbər sayı: 3484766
Livan Hizbullahının baş katibi Suriya prezidentinin Həzrət Ayətullah Xamenei ilə görüşünə işarə edərək, dedi: İnqilab Rəhbəri və Bəşşar Əsədin görüş səhnəsini gördüyüm zaman gözlərimdən yaş axdı.

Seyyid Həsən Nəsrullah: Göz yaşlarımı tuta bilmədimİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livan Hizbullahının baş katibi Suriya prezidentinin İrana olan səfərini və İnqilab Rəhbəri ilə görüşünü müsbət qarşılayıb.

Livanda "www.mtv.com.lb" informasiya portalı yazıb: Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah çərşənbə axşamı gecə Hizbullahın qadın fəalları ilə görüşdə Suriya prezidenti Bəşşar Əsədin İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşünə işarə edərək, dedi: İnqilab Rəhbəri və Bəşşar Əsədin görüş səhnəsini gördüyüm zaman gözlərimdən yaş axdı. 

Seyid Həsən Nəsrullah həmçinin, bu görüşdə Hizbullaha qarşı tətbiq edilmiş sanksiyalara işarə edərək, dedi: Bu addımda məqsəd müqaviməti yoxsul etmək, maliyyə problemləri ilə üzləşdirmək və bu yolla müqavimətə təzyiq göstərməkdir. 

Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən  Nəsrullah daha sonra düşmənin fitnələri qarşısında qəti addımların atılmasına təkid etdi. 

http://iqna.ir/fa/news/3793777

captcha