İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livan Hizbullahının baş katib müavini Londonun Hizbullahın adını terrorçu qruplar siyahısına daxil etməsinə reaksiya olaraq dedi: Britaniya terrorçuların ən böyük himayədarlarından və region xalqları əleyhinə müxtəlif təcavüzkar koalisiyaların üzvlərindən biridir.
Şeyx Nəim Qasım cümə günü dedi: Britaniya dünyada kimin və ya hansı qrupun terrorçu olub və ya olmadığına dair fikir bildirmək ləyaqətinə malik deyil. Çünki, Britaniyanın özü İsrailin himayədarıdır. Və təkfirçi terrorçuları da dəstəkləyir.
Livan Hizbullahının baş katib müavini dedi: Britaniyanın özü xoş rəftara ehtiyaclıdır. Amma, Hizbullah öz xalqının və region xalqlarının baxışı ilə şərəfli müqavimətdir. Və daim azadlıq, kəramət və müstəqillik ilə tanınıb.
Şeyx Nəim Qasım əlavə etdi: Hizbullahın adının Britaniya tərəfindən terrorçu qruplar siyahısına daxil edilməsi bu ölkə üçün rüsvayçılıqdır. Həmçinin, bu addım Britaniyanın yenidən öz qaranlıq müstəmləkəçi keçmişini bərpa etməyə səy göstərməsindən xəbər verir.