İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qətərin "Ehsan" qocalar evi qocalar arasında Qurani-Kərimin hifzi və qiraəti üzrə milli yarışların keçiriləcəyini xəbər verib.
Qocalar arasında keçiriləcək milli Qurani-Kərim yarışlarının təşkilində Qətərin İslami İşlər və Vəqflər Nazirliyi "Ehsan Qocalar Evi" ilə həmkarlıq edir.
Qurani-Kərimin bütün surələrinin hifzi, 26-cı cüzünün hifzi və surələrdən birinin tilavəti üzrə keçirilən bu yarışlarda 60 yaşından yuxarı qocalar iştirak edəcəklər.
Yarışlarda iştirak etmək istyənlərə cari həftənin Cüməaxşamı günündək qeydiyyatdan keçmək üçün vaxt verilmişdir. Yarışlar Mart ayının 24-dən Aprel ayının 2-dək keçiriləcəkdir.