IQNA

Belçikada Qurani-Kərim yarışları keçirildi – Foto

23:23 - April 02, 2019
Xəbər sayı: 3484920
Qurani-Kərim yarışları Belçikanın "Müsəlman Cəmiyyəti Müəssisəsi"in təşəbbüsü və Limburg əyalətinin Maasmehelen şəhərinin "əl-İslam" məscidində yerləşən məscidlər birliyi idarəsinin həmkarlığı ilə keçirilib.

Belçikada Qurani-Kərim yarışları keçirildi – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, keçən həftənin Bazar günü, 31 Mart 2019-cu il, Belçikada oğlanlar və qızlar arasında 12-ci Qurani-Kərim yarışları keçirilib.

Qurani-Kərimin hifzi və təcvidlə tilavəti ixtisası üzrə keçirilən yarışlarda ümumilikdə 45 nəfər iştirak edib.

Qurani-Kərim yarışları Belçikanın "Müsəlman Cəmiyyəti Müəssisəsi"in təşəbbüsü və Limburg əyalətinin Maasmehelen şəhərinin "əl-İslam" məscidində yerləşən məscidlər birliyi idarəsinin həmkarlığı ilə keçirilib.

Yarışların açılış mərasimində Belçika Müsəlman Cəmiyyəti Müəssisəsinin rəisi Ustad Saleh Şəlavi və Belçikanın region üzrə İslam Dini Elmlər Şurasının rəis müavini Şeyx Məhəmməd Qəcaz çıxış ediblər.

Bu yarışlarda iştirak edənlər Qurani-Kərimin bir hizbi (uşaqlar üçün), iki cüzi, 4 cüzi, 8 cüzi və 10 cüzinin hifzi ixtisası üzrə rəqabət aparıblar.    

http://iqna.ir/fa/news/3800696

رقابت 45 شرکت‌کننده در مسابقات قرآن بلژیک
 
Teqlər: iqna ، belçika ، quran yarışları ، hizb ، hifz ، cüz ، tilavət ، qiraət
captcha