IQNA

Küveyt Quran yarışlarında 2700 nəfər iştirak edir

23:49 - April 02, 2019
Xəbər sayı: 3484922
Küveytin "Mübarək Əbdüləziz əl-Həsavi Quran Mükafatı" yarışlarında müxtəlif yaş qruplarından olan 2700 nəfər iştirak edir. Quranın hifzi yarışlarında iştirak edənlərin əlli faizi qadınlardır.

Küveyt Quran yarışlarında 2700 nəfər iştirak edirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Küveytin "Mübarək Əbdüləziz əl-Həsavi Quran Mükafatı" yarışlarında müxtəlif yaş qruplarından olan 2700 nəfər iştirak edir.

Küveytin 13-cü milli "Mübarək Əbdüləziz əl-Həsavi Quran Mükafatı" yarışları Qurani-Kərimin hifzi və təcvidi ixtisası üzrə keçirilir.

Bu barədə Quran Elmlərinə Xidmət idarəsinin şura rəisi Yusif Səmii məlumat verərək deyib: Yarışlar keçən həftənin Şənbə günü (30 Mart 2019-cu il) başlayıb. Kişi və qadınların iştirak etdiyi Quran yarışları Aprel ayının 10-dək davam edəcək.

O əlavə edib: Bu yarışların ixtisaslarından biri məlullar üçün nəzərdə tutulub. Bu ixtisas üzrə 850 nəfər iştirak edir.

Yarışların Qurani-Kərimin bütöv hifzi üzrə 150 nəfər iştirak edir. Həmçinin iştirak edənlərin əlli faizi qadınlardır.  

http://iqna.ir/fa/news/3800571

Teqlər: iqna ، quran ، küveyt ، hifz ، tilavət
captcha