IQNA

Gürcüstanda sünni və şiələr bayram tədbirlərini birlikdə keçirdilər - Foto

23:44 - April 03, 2019
Xəbər sayı: 3484929
Gürcüstanda Həzrət Məhəmməd Peyğəmbərin (s) peyğəmbərliyə seçildiyi “Məbəs” bayramı (Peyğəmbərliyə yetişdiyi gün) və “Merac” qəndili (Meraca yüksəldiyi gün) münasibəti ilə bayram tədbiri keçirilib.

Gürcüstanda sünni və şiələr bayram tədbirlərini birlikdə keçirdilər - FOTOİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) "islamazeri.az" saytında istinadla xəbər verir ki, Gürcüstanın Bolnisi rayonunda sünnilər və şiələr birlikdə Hz. Məhəmməd Peyğəmbərin (s) “Məbəs” bayramı (Peyğəmbərliyə yetişdiyi gün) və “Merac” qəndili (Meraca yüksəldiyi gün) münasibəti ilə bayram tədbiri keçirib.

Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə yerli din, elm, ictimaiyyət xadimləri və dövlət rəsmiləri və ətraf kəndlərdən dəvət olunan inanclı müsəlmanlar iştirak edib.

Mərasimin aparıcısı Bolnisinin baş axundu Hacı İfrət Əhmədov Quran tilavətindən sonra qonaqları salamlayıb təbrik və sonuncu Peyğəmbər və son din haqda fikirlərini söyləmək üçün sözü Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidova və Şərqi Gürcüstan müftisi Hacı Yasin Əliyevə verib. Sonra kürsüyə Almaniyada yerləşən Alulbeyt Mədəniyyət Mərkəzinin sədri, din alimi Kərim Ucar, Türkiyə Diyanət İşləri Başkanlığının nümayəndəsi Hacı Ahmed Erdem və başqaları dəvət edilib.

Çıxış edən din rəhbərləri və qonaqlar Allahın rəsulu, Peyğəmbərlərin xatəmi Hz. Məhəmmədin (s) həyat tərzindən, gətirdiyi kaml dinin insanlığa verdiyi örnəklərdən və mesajlardan söhbət açaraq, Onun ümməti hesab olunan müsəlmanların O Həzrəti düzgün öyrənib söz və davranışları ilə düzgün tanıtmalarının, İslama mənsub olmalarını nümunəvi təmsil etmələrinin vacibliyindən danışıblar.

Bayram süfrəsi ətrafında keçirilən mərasimdə Almaniyadan dəvət olunan Hasan Babur öz qələmə aldığı və əslən Bolnisidən olan mərhum Azərbaycanlı şair Zəlimxan Yaqubun şeirlərini söyləyib.

İki saat müddətində davam edən mərasimdə çıxışlararası və sonda Kərbəlayi Səid Həsən ilahilər ifa edib.

captcha