IQNA

23:57 - April 04, 2019
Xəbər sayı: 3484934
Pakistan Polis İdarəsinin rəsmisi Vahid Qureyşi də Hindistan tərəfindən açılan atəş nəticəsində Niaza Per kəndində 70 yaşlı pakistanlı bir kəndlinin öldüyünü təsdiqləyib.

Pakistan-Hindistan sərhədində qarşılıqlı atışmada 7 nəfər ölübİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistan ordusu tərəfindən verilən açıqlamaya əsasən, Hindistan əsgərləri Kəşmir sərhəd məntəqəsinin Pakistan tərəfindəki Raxçakri sərhəd qəsəbəsindəki hərbi mövqeləri hədəfə alması nəticəsində 3 Pakistan əsgəri həyatını itirib, 1 əsgər isə yaralanıb.
Maide.Az "Deyerler.org" -a istinadən xəbər verir ki, açıqlamada Pakistan əsgərlərinin açılan atəşə təsirli şəkildə cavab verdiyi qeyd olunub.
Pakistan Polis İdarəsinin rəsmisi Vahid Qureyşi də Hindistan tərəfindən açılan atəş nəticəsində Niaza Per kəndində 70 yaşlı pakistanlı bir kəndlinin öldüyünü təsdiqləyib.
Digər tərəfdən, Hindistan ordusu Pakistan tərəfini nəzarət xəttində atəş açmaq və sərhədin Hindistan tərəfindəki Punç bölgəsini vurmaqda ittiham edib.
Ordu Hindistan əsgərlərinin açılan atəşə cavab verdiklərini bildirib.
Hindistanın polis zabiti M.K.Sinha Pakistan tərəfindən açılan atəş nəticəsində Hindistan sərhəd təhlükəsizlik qüvvələrinin 1 zabit ilə bir qadın və bir qız uşağının həyatını itirdiyini, ən azı 18 mülki vətəndaşın və 5 əsgərin yaralandığını açıqlayıb.
Xatırladırıq ki, fevralın 14-də “Ceyş-ül-Məhəmməd” qruplaşmasının Cammu və Kəşmir ştatında törətdiyi terror aktı nəticəsində 45 hərbçi həlak olmuşdu. Bundan sonra başlanan qarşıdurma hələ də davam edir, müntəzəm olaraq tərəflər bir-birilərinə atəş açır.

Teqlər: iqna ، pakistan ، hindistan
Ad:
E-poçt:
* Comment:
* captcha: