IQNA

18:30 - April 05, 2019
Xəbər sayı: 3484936
Misrli aktyor Əmr Səəd özünün şəxsi instagram sosial şəbəkəsindəki səhifəsində məşhur Amerikalı boksçu Mayk Taysonun Quran ayələrinə reaksiyasından yazıb.

Amerikalı məşhur bokusçu Quran ayəsindən təsirlənmişdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Misrli aktyor Əmr Səəd özünün şəxsi instagram sosial şəbəkəsindəki səhifəsində məşhur Amerikalı boksçu Mayk Taysonun Quran ayələrinə reaksiyasından yazıb.

O deyib: Bir dəfə üzərinə Quran ayələri yazılmış filmlər kasetini ona verdim. O, Quran ayələrini oxuduqda göz yaşlarını saxlaya bilmədi.   

Misrli aktyor Əmr Səəd əlavə edib: O çox yaxşı insan idi. Onun "Fironun kampaniyası" filmində çəkilməsi üçün Misrə gəlməsi məni sevindirdi. Çəkilişin son günündə mən həmin film kasetlərini ki, üzərinə Quran ayələri yazılmışdı ona hədiyyə etdim. O, Quran ayələrin təsirinə düşərək ağladı.

Xatırladaq ki, Maykl Tayson 1966-cı ilin İyun ayının 30-da Nyu-Yorkun Bruklin rayonunda anadan olub. Dünyanın ağır çəkidə döyüşən ən məşhur boksçusudur. 1992-ci ildə həbsə məhkum edilərək 3 il zindan həyatı yaşadı. Həbsdə Malkom X-sin əsərlərini oxuması onun şəxsiyyətini dəyişir və o, müsəlman olur. Həbsdən sonra isə Həcc səfərinə gedir və İslami məkanları ziyarət edir.     

http://iqna.ir/fa/news/3800912

Teqlər: iqna ، boksçu ، Mayk Tayson
Ad:
E-poçt:
* Comment:
* captcha: