IQNA

Küveyt Beynəlxalq Quran Yarışlarında 80 ölkə iştirak edir

0:49 - April 06, 2019
Xəbər sayı: 3484941
Qurani-Kərimin hifzi, 10 qiraət əsasında tərtil tilavəti və təcvidi ixtisası üzrə keçirilən "Küveyt Mükafatı X Beynəlxalq Quran Yarışları"nın mətbuat konfransı Aprel ayının 9-da başlayacaq.

Küveyt Beynəlxalq Quran Yarışlarında 80 ölkə iştirak edirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "akherkhabrtoday.com" informasiya portalına istinadla verdiyi xəbərə görə, Küveytin Beynəlxalq Qurani-Kərim yarışlarında dünyanın 80 ölkəsindən nümayəndə iştirak edir.

Bu barədə "Küveyt Mükafatı X Beynəlxalq Quran Yarışları"nın keçirilməsi komitəsinin rəisi Fərid İmadi məlumat verib.

Qurani-Kərimin hifzi, 10 qiraət əsasında tərtil tilavəti və təcvidi ixtisası üzrə keçirilən "Küveyt Mükafatı X Beynəlxalq Quran Yarışları"nın mətbuat konfransı Aprel ayının 9-da başlayacaq.

"Küveyt Mükafatı X Beynəlxalq Quran Yarışları"ndakı yenilik barədə məlumat verən Fərid İmadi bildirib: Bu ilin yarışlarına "Yeniyetmə Hafizlər" adlanan yeni ixtisas kateqoriyası da əlavə edilib.

O əlavə edib: Bu yarışlar çərçivəsində keçən yarışlarda ən yaxşı rütbələr qazanan Yəmən, Küveyt və Liviya ölkələrinin nümayəndələri mükafatlandırılacaq. Habelə bu yarışlarının 10-cu ildönümü münasibəti ilə yarışların poçt markasının açılış mərasimi keçiriləcək.

Qeyd edək ki, bu yarışlarda İran İslam Respublikasını Qum şəhərindən 11 yaşlı Məhəmməd Yusif Dərvişi və Məşhəd şəhərindən Rza Gülşahi Quranın kamil hifzi və Həmidrza Müqəddəsi peşəkar qiraət ixstisası üzrə təmsil edəcəklər.

Xatırladaq ki, bu yarışların 9-cu turunda 79 ölkədən 130 nəfər iştirak etmişdi.

http://iqna.ir/fa/news/3800963

captcha