IQNA

22:55 - April 29, 2019
Xəbər sayı: 3485056
Professor Seyid Əqil Hüseyn Münəvvər 1954-cü ilin Yanvar ayının 26-da İndoneziyanın cənubunda yerləşən Sumatray əyalətinin mərkəzi şəhəri olan Palmbangda dünyaya göz açıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, professor Seyid Əqil Hüseyn Münəvvər 1954-cü ilin Yanvar ayının 26-da İndoneziyanın cənubunda yerləşən Sumatray əyalətinin mərkəzi şəhəri olan Palmbangda dünyaya göz açıb.

Anası Şərifə Sündüs bint Məhəmməd seyidlər sülaləsindən olan salehə, zəkalı və evdar bir qadın olub. Övladına uşaqlıqdan Quran və hədis öyrədib, onun alim, qari, din təbliğçisi, natiq, dini elmlər ustadı, fəqih və hafiz böyüməsi üçün əlindən gələni əsirgəməyib.   

Bu İndoneziyalı alim, mütəfəkkir, Quran hafizi, gözəl səsli qari və Quran yarışları hakimi atası Həbib Hüseyn ibn Əqil ibn Əhməd kimi öz ölkəsində sevilən və sayılan şəxsiyyətlərdən biridir.

İran İslam Respublikasının İndoneziyadakı İİR Mədəniyyət Əlaqələri İdarəsinin məlumatına görə, Seyid Əqil Hüseyn Münəvvər 1987-ci ildə Ümmül-Qüra universitetini bitirib. 1998-1990-cı illərdə İndoneziya Alimlər Məclisinin kadırlarının hazırlanması üçün tədirs fəaliyyəti ilə məşğul olub. 2001-2004-cü illərdə Dini İşlər Naziri işləyib. Nazir işlədiyi illərdə universitetlərə baş çəkir, hədis elmləri, fiqh, təfsir, İslami araşdırmalar, Ərəb ədəbiyyatı və digər fənləri tədris edirdi. Həmin illərdə İran İslam Respublikasının beynəlxalq Quran yarışlarında hakim kimi də iştirak edib.

O, "Quranın ecazkarlığı və təfsir metodologiyası" (1993), Fiqhin əsasları, hədis elmləri, Şafei məzhəbində İslam hökmləri, "İslami baxımdan həyatın çalarları" (2001), İslami baxımdan qanköçürülməsi və digər onlarla elmi əsərlərin müəllifidir.    

http://iqna.ir/fa/news/3807252

Teqlər: indoneziya ، təfsir ، fiqh ، hədis ، quran ، hüquq ، şəriət
Ad:
E-poçt:
* Comment:
* captcha: