IQNA

Gələn həftənin birinci günü Ramazanın biridir

18:57 - May 01, 2019
Xəbər sayı: 3485070
Livan müsəlmanlarının təqlid mərcəsi həzrət Ayətullah Üzma Əllamə Seyyid Məhəmməd Hüseyn Fəzlullahın Beyrutdakı dəftərxanası mübarək Ramazan ayının başlanması ilə əlaqədar bəyanat yayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livan müsəlmanlarının təqlid mərcəsi həzrət Ayətullah Üzma Əllamə Seyyid Məhəmməd Hüseyn Fəzlullahın Beyrutdakı dəftərxanası mübarək Ramazan ayının başlanması ilə əlaqədar bəyaniyyə yayıb.

Bəyaniyyədə deyilir: Gələn həftənin birinci günü, 2019-cu ilin May ayının altısı (6 May 2019) mübarək Ramazan ayının birinci gününə təsadüf edir.

Bu barədə "alsumaria.tv" informasiya portalı məlumat yayıb. Məlumatda deyilir ki, Livan müsəlmanlarının təqlid mərcəsi həzrət Ayətullah Üzma Əllamə Seyyid Məhəmməd Hüseyn Fəzlullahın Beyrutdakı dəftərxanası dəqiq astronomik hesablamalara və İslam şəriətinin fiqhi hökmlərinə istinad edərək May ayının altısını Ramazan ayının birinci günü elan etmişdir.

Qeyd edək ki, müctəhidlərin bəziləri yeni hilalın (təzə ay) görülməsində astronomik hesablamalar və müasir texnologiyadan istifadəni icazəli bilsə də, bəziləri təzə ayı təkcə adi gözlə görməyi şəri baxımdan doğru hesab edir.      

http://iqna.ir/fa/news/3807923

Teqlər: iqna ، fəzlullah ، ramazan ، orucluq
captcha