IQNA

15:57 - May 02, 2019
Xəbər sayı: 3485071

Malayziya Baş Naziri: "Bölgənin sabitliyi İsrail işğalının bitməsindən asılıdır"

Mahathir Məhəmməd dünən Kuala Lumpurda keçirilən 5-ci Şərq Gənclik Konfransına qatılıb. İki gün davam edəcək konfransda 40-dan çox ölkədən təxminən iki min gəncin iştirak etdiyi qeyd olunub.

Malayziya Baş Naziri:

İQNA-nın verdiyi xəbərə görə, Malayziya Baş Naziri Mahathir Məhəmməd İsrailin irqçi ayrı-seçkiliyi və qırğınlarının ancaq işğal ortadan qalxanda sona çatacağını deyib.

Felestin.info "Palinfo"-ya istinadla xəbər verir ki, Mahathir Məhəmməd dünən Kuala Lumpurda keçirilən 5-ci Şərq Gənclik Konfransına qatılıb. İki gün davam edəcək konfransda 40-dan çox ölkədən təxminən iki min gəncin iştirak etdiyi qeyd olunub.

Həqiqi dəyişiklik üçün gənclərə güvənilməli olduğunu vurğulayan Mahathir Məhəmməd gənclərlə bağlı qurumlara dəstək üçün Malayziyanın əlindən gələni etdiyini bildirib.

Şərqin gənclərin rolunun aktivləşdirilməsinə töhfə verdiyini bildirən Mahathir Məhəmməd gənclərin həqiqi dəyişiklik gücünə malik olduqlarını dilə gətirib.

Mahathir Məhəmməd gənclərin bu gün texnologiya və dəyişiklik sayəsində keçmişdə liderlərin gənc yaşda nail olmadıqlarına nail olduqlarını vurğulayıb.

Malayziya Baş Naziri çıxışında ərəb coğrafiyasında baş verən proseslərə də toxunaraq, ABŞ-ın İraqı işğalından sonra regionun sabitliyinin pozulduğunu deyib.

Teqlər: iqna ، malaziya ، fələstin ، israil
captcha