IQNA

İngiltərədə ölkə üzrə 21-ci Quran yarışları keçirilir

11:32 - May 05, 2019
Xəbər sayı: 3485091
Bu yarışlar bu gün, həftənin Bazar günü, 5 May 2019-cu il, başlayıb. Yarışlarda iştirak edənlər Qurani-Kərimin hifzi və peşəkar qiraəti üzrə rəqabət aparırlar. Bu yarışlar May ayının 12-dək davam edəcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin İslami Mərkəzinin təşəbbüsü ilə mübarək Ramazan ayının astanasında ölkə üzrə 21-ci Qurani-Kərim yarışları keçirilir.

Bu yarışlar bu gün, həftənin Bazar günü, 5 May 2019-cu il, başlayıb. Yarışlarda iştirak edənlər Qurani-Kərimin hifzi və peşəkar qiraəti üzrə rəqabət aparırlar. May ayının 12-də isə yarışlar Qurani-Kərimin ayələrində təfəkkür, tədəbbür və Quran təfsiri üzrə davam edəcək.

İngiltərənin İslam Mərkəzi mübarək Ramazan ayında müsəlmanlar üçün müxtəlif proqramların icrasını təşkil edir. Ramazan ayında hər gün bir cüz Quran oxunur. Azandan bir saat öncə Qurandan dərslər proqramı və Quranla üns məclisi təşkil edilir.  

Qeyd edək ki, İngiltərənin İslam Mərkəzi mübarək Şəban ayında (28 Aprel 2019) Qurani-Kərimin yarım cüz hifzi üzrə yarışlar təşkil etmişdi. Yarışlarda bu mərkəzdə Quran dərsi alan şagirdlər iştirak etmişdilər.   

http://iqna.ir/fa/news/3808788

captcha