IQNA

İngiltərə məscidlərində təhlükəsizlik tədbirləri gücləndirilib

12:02 - May 06, 2019
Xəbər sayı: 3485094
Ehtimal olunan hücumlarla mübarizə aparmaq üçün mübarək Ramazan ayı ərəfəsində İngiltərədəki bütün məscidlərdə təhlükəsizlik tədbirləri gücləndirilibdir.

IQNA, Sahartv-yə istinadla xəbər verir ki, London polisinin anti-terror bölməsinin baş müstəntiqi Nik Aldvors bildirib ki, İngiltərə polisi Ramazan ayında məscidləri qorumaq məqsədilə xüsusi təhlükəsizlik tədbirləri görübdür.

Mübarək Ramazan ayında bütün İngiltərədə minlərlə müsəlman xüsusi ibadət mərasimi keçirmək üçün hər gecə məscidlərə toplaşır.

Buna görə, bu mübarək ay boyunca bütün İngiltərə məscidlərində güclü təhlükəsizlik tədbirləri öz qüvvəsində qalacaqdır.

İngiltərə daxil olmaqla Avropa ölkələrində müsəlmanlara və məscidlərə qarşı islamofob hücumlar son aylarda artıbdır.

Teqlər: ingiltərə ، məscid ، ramazan ، iqna
captcha