IQNA

Misr dünyanın ən böyük iftar süfrəsini açmağa hazırlaşır

11:15 - May 11, 2019
Xəbər sayı: 3485115
Misr respublikası mübarək Ramazan ayının ortasında dünyanın ən böyük iftar süfrəsini açmaq və bu süfrəni Guinnessin rekordalar kitabında yazdırmaq qərarına gəlib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Misr respublikası mübarək Ramazan ayının ortasında dünyanın ən böyük iftar süfrəsini açmaq və bu süfrəni Guinnessin rekordalar kitabında yazdırmaq qərarına gəlib.

Bu süfrə Misrin yeni inzibati paytaxtında, Qahirənin 45 km. şərqində açılacaq. Bu mərasimə Guinnessin nümayəndəsi də qatılacaq.

Misrin yeni inzibati paytaxtının tikinti şirkətinin sözçüsü Xalid Həsəni bu barədə deyib: Bu layihənin hədəfi Misrin müxtəlif tayfa, millət və dinlərindən olan insanların bir araya gəlməsi və bir süfrə başında toplaşmasıdır.

Qeyd edək ki, Misrin yeni inzibati paytaxtı layihəsi "Şərm-Şeyx" iqtisadi iclasının qərarı əsasında Qahirənin 45 km-liyində icra edilir. Bu layihə əsasında böyük bir şəhər tikiləcək. Yeni inzibati paytaxtın ikintiyə 2015-ci ilin Mart ayına başlanılıb.     

http://iqna.ir/fa/news/3810308

captcha