IQNA

Təezdə vəba ilə mübarizə üçün müalicə mərkəzi açıldı

8:13 - May 14, 2019
Xəbər sayı: 3485133
Yəmənin Təez əyalətin Huban rayonunda vəba ilə mübarizə və bu vəbanın yayılmasının qarşısını almaq üçün müalicə və sağlamlıq mərkəzi açılıb. Bu barədə "sərhədsiz həkimlər təşkilatı" xəbər yayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Yəmənin Təez əyalətində vəba ilə mübarizə üçün müalicə və sağlamlıq mərkəzi açılıb. Bu barədə "sərhədsiz həkimlər təşkilatı" xəbər yayıb.

Sərhədsiz Həkimlər Təşkilatı dünən, həftənin birinci günü, 13 May 2019-cu il, elan edib ki, "SHT" bu sağlamlıq mərkəzini keçən həftənin Şənbə günü (11 May 2019) Yəmənin cənubunda yerləşən Təez əyalətinin əl-Huban rayonunda vəbaya yoluxan yəmənliləri mülaciə etmək və həmçinin vəba epidemiyasının yayılmasının qarşısını almaq üçün təsis edib.

Yeni təsis edilmiş sağlamlıq mərkəzi hazırda 60 nəfərin müalicəsi üçün avadanlıqla təchiz edilib və müalicə imkanının 150 nəfərə qədər artırılacağı gözlənilir.  

Sərhədsiz Həkimlər Təşkilatı bildirib ki, mərkəz təsis edildikdən sonra otuz nəfər vəba diaqnozu ilə mərkəzə müraciət edib.

Qeyd edək ki, beynəlxalq təşkilatların hesabatına görə, 2019-cu ildə Yəməndə 300 min nəfərin vəba epidemiyasına yoluxduğu məlumat verilib. Onlardan 570 nəfəri bu xəstəlik səbəbindən həyatını itirib.

http://iqna.ir/fa/news/3811306

captcha