IQNA

Beynəlxalq sərgidə beynəlxalq pavilyon

9:22 - May 19, 2019
Xəbər sayı: 3485151
İran İslam Respublikasının Tehranın İmam Xomeyni (r.ə) müsəllasında keçirilən 27-ci beynəlxalq Qurani-Kərim sərgisində "əl-Mustafa Beynəlxalq İslam Elmləri Akademiyası" beynəlxalq pavilyon açıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Tehranın İmam Xomeyni (r.ə) müsəllasında keçirilən 27-ci beynəlxalq Qurani-Kərim sərgisində "əl-Mustafa Beynəlxalq İslam Elmləri Akademiyası" beynəlxalq pavilyona açıb.

Pavilyonun məsulu Höccətul-İslam Yusif Məhəmmədi "Cameətul-Mustafa əl-Aləmiyyə"nin bu barədə proqramlarını şərh edərək deyib: Hədəfimiz çoxmillətli tələbələrimizin vasitəsi ilə müsəlman millətlərin mədəniyyətlərini Quran sərgisində tanıtdırmaqdır.

O əlavə edib: Bu pavilyonda əl-Mustafada təhsil alan 9 ölkənin nümayəndəsi - Malavi, Rusiya, Pakistan, İndoneziya, Kumur, Seneqal, Tayland, Mali və Gürcüstan - öz ölkələrinin Quran və Əhli-Beyt (ə) maarifi barədə məhsullarını tanıdırlar. Ölkələrin nümayəndələri öncədən hazırlarıqları fotolar və PowerPoint vasitəsi ilə öz ölkələrinin Quran və Əhli-Beyt (ə) barədə faəliyyətlərini nümayiş edirlər.

Yusif Məhəmmədi vurğulayıb: Pavilyonun digər bölməsi isə "əl-Mustafa"nın tələbə birliklərinin daxildə və xaricədki fəaliyyətləri,  və virtual universitetin işləri nümayiş olunur. Bu bölmədə tələbələr Quran mövzusunda ərsəyə gətirdikləri işləri tanıtdırırlar.

Qeyd edək ki, "əl-Mustafa Beynəlxalq İslam Elmləri Akademiyası"nın pavilyonunda millətlərin, tələbələrin, "əl-Mustafa"nın virtual mədrəsəsinin, Quran və Hədis Elmləri Universitetinin, əl-Mustafa nəşriyyatının, tələbə birliklərinin, Cameətuz-Zəhra (s) mədrəsəsindən oxuyan tələbə xanımların və tələbələrin övladları və ailələrinin Quran sahəsindəki işləri barədə məlumatlar nümayiş olunur.    

http://iqna.ir/fa/news/3812684

captcha