İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "reuters"ə istinadla verdiyi xəbərə görə, İraq dövləti İŞİD terrorçularından qalmış 188 uşağı iki ölkə arasındakı imzalanmış müqaviləyə əsasən Türkiyəyə təhvil verib. Uşaqlar türkiyəli terrorçuların uşaqlarıdır.
Bu barədə bu gün (həftənin üçüncü günü, 29 May 2019) İraqın Ali Məhkəməsinin sözçüsü Əbdülcəbbar Bayraqdar xəbər verib.
Uşaqlar Bağdad hava limanında İraq rəsmilərinin, Türkiyə səfirliyinin nümayəndələri və bir sıra beynəlxalq qrumlarının nümayəndələrinin, o cümlədən YUNİSEF-in iştirakı ilə təyyarəyə mindiriliblər.
Bu hadisə ilə eyni vaxtda İraqın prezidenti Bərhəm Saleh Ankaradakı qısa səfərindən və Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla görüşdən geri qayıdıb.
Qeyd edək ki, son illərdə İŞİD terrorçularından qalmış 1100 uşaq İraqın məhkəmə orqanları tərəfindən həbs edilib.