IQNA

12:42 - May 31, 2019
Xəbər sayı: 3485231
QÜDSƏ VƏ QARABAĞA AZADLIQ! - Biz sionist rejimin təcavüzkarlığına, irqçi xislətinə, Qərbin ikili xarici siyasət strategiyasına, ABŞ-ın analoqsuz müstəmləkəçilik və xudpəsəndliyinə “YOX” deyirik
QÜDSƏ VƏ QARABAĞA AZADLIQ! - Biz sionist rejimin təcavüzkarlığına, irqçi xislətinə, Qərbin ikili xarici siyasət strategiyasına, ABŞ-ın analoqsuz müstəmləkəçilik və xudpəsəndliyinə “YOX” deyirik
Maide.Az xəbər verir ki, qurumdan  daxil olan bəyanatda deyilir: "Əgər bir insan digərinə haqsızlıq edirsə, çətinliklə də olsa onu anlamaq, yaxud islah etmək olar. Amma hər hansı bir Dövlət hegemonluq və ədalətsizlik göstərərək, digər bir məmləkəti işğala məruz qoyur, qanlı-qadalı müharibələr başlayır, minlərlə, yaz minlərlə günahsız insanı məhv edirsə,- ABŞ və İsrail cütlüyü kimi,- bu, artıq, sözün əsil mənasında bəşəri cinayyət sayılır. Və heç şübhəsiz ki, dünyanın bütün tərəqqipərvər, mütərəqqi cəmiyyətləri belə anti-bəşəri, qəsbkar siyasəti qətiyyətlə qınanmalı, rədd etməlidir.  
Artıq nə ayrı-ayrı fərdlər, insanlar, nə müxtəlif cəmiyyətlər, nə də ki, bəşəriyyət dünyamızın real durumu və dünyagörüş problemlərinə əvvəlki rakursdan baxmır".
 
"Mütərəqqi yaşam tərzi üstünlük təşkil edir- və bu, inkarolunmaz bir faktdır. Haqqa, ədalətə, əvvəllərdə olduğundan daha fərqli yanaşılır, daha çox önəm, daha artıq prioritet verilir. Hamı görür, dərk edir və bilir ki, bu gün Fələstin torpaqları işğal altındadır. Eləcə də, hamı anlayır, qəbul edir ki, bu işğalın ideya müəllifi və icraçısı sionist ideologiyası ilə idarə olunan İsrail rejimidir. Nə yazıqlar və sədd heyif ki, bu rejim illərdi öz riyakar siyasətinə bəzəkli yalan donu geyindirərək bir çoxlarını aldada da bilibdi".
 
"Bu gün Qüds günüdür - seçim günü! Xeyirxahlıqla bədxahlıq, yaxşı ilə yaman, məhəbbətlə nifrət arasında seçim günü. Bu gün zülmə etiraz və haqqın qorunan günü, nəhayyət islam həmrəyliyi və cəmi müsəlmanların qardaşlıq günüdür! Böyük İslam dünyası öz müstəqilliyini, milli-mənəvi və əxlaqi dəyərlərini qorumaq istəyirsə, bu gün Qüdsün, Beytül-Müqəddəsin, Qarabağın və onlarla işğala məruz qalmış islam torpaqlarının xilasını arzu edirsə İSLAMİ MÜQAVİMƏT HƏRAKATINA dəstək verməli, dünya müsəlmanlarının birliyinin peşində olmalıdır. Biz hamılıqla sionist rejiminin təcavüzkarlığına,irqçi xislətinə, Qərbin ikili xarici siyasət strategiyasına, ABŞ-ın analoqsuz müstəmləkəçilik və xudpəsəndliyinə sərt şəkildə YOX deməliyik! Bunun, sadəcə, alternativi yoxdur. Biz Qüdsə, Beytül – Müqəddəsə və dədə-baba yurdumuz Qarabağa azadlıq, azadlıq və yenə də AZADLIQ tələb edirik"!
Teqlər: iqna ، qüds ، qarabağ
Ad:
E-poçt:
* Comment: