IQNA

10:28 - June 02, 2019
Xəbər sayı: 3485249
Əlcəzayirin paytaxtı Əlcəzirənin Came məscidində keçirilən yekun mərasimdə Qurani-Kərimin hifzi, tilavəti və təfsiri üzrə yarışların qalibləri mükafatlandırılıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari həftənin Cümə günü (31 May 2019) Əlcəzayirdə 16-cı beynəlxalq Qurani-Kərim yarışlarının yekun mərasimi keçirilib.

Əlcəzayirin paytaxtı Əlcəzirənin Came məscidində keçirilən mərasimdə Qurani-Kərimin hifzi, tilavəti və təfsiri üzrə yarışların qalibləri mükafatlandırılıblar.

Mərasimdə Əlcəzayirin müvəqqəti prezidenti Əbdülqadir ibn Saleh, Milli Məclisin rəisi Məaz Burşab, Dini İşlər Naziri Yusif Bulmehdi, digər nazirlər və xarici diplomatlar iştirak ediblər.

İyirmi beş yaşdan aşağı qrupda keçirilən bu yarışlarda Əlcəzayir, Fələstin və Liviya nümayəndələri ilk üç yeri bölüşüblər.  

Qeyd edək ki, səkkiz gün müddətində keçirilən bu yarışlarda dünyanın 48 ölkəsindən nümayəndə iştirak edib.    

http://iqna.ir/fa/news/3816502

Ad:
E-poçt:
* Comment: