IQNA

21:57 - June 04, 2019
Xəbər sayı: 3485273
Bu gün (4 İyun 2019) Şəvval ayı müşahidə olunduğu üçün sabah, İyun ayının 5-i Şəvval ayının 1-ci günü və Fitr bayramı günüdür.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün (4 İyun 2019) Şəvval ayı müşahidə olunduğu üçün sabah, İyun ayının 5-i Şəvval ayının 1-ci günü və Fitr bayramı günüdür. Bunu Ali Rəhbər  Ayətullah Seyid Əli Xameneinin ofisi yanında ayın müəyyən edilməsi üzrə komitə məlumat verib.
Məlumata görə, 100-dən çox ekspert qrupu ayın müəyyənləşdirilməsi üzrə işlər aparıb.

"Mübarək Ramazan ayında  tutulan oruclar və edilən ibadətlərin qəbul olunması arzusu ilə,  elən edirik ki,  ölkənin bir neçə bölgəsində  verilən  dəqiq məlumatlara görə,  Şəvval ayının ayı bu gün  görünüb  və  Ali Rəhbər Ayətullah Xamenei cənablarına  ayın görünməsi sabit olub.  Buna görə də, sabah (İyun ayının 5-i)  Fitr bayramı günüdür.

Bu bayram münasibəti ilə  bütün  mömin qardaş və bacıları  təbrik edirik.  Fitr bayramı namazı  ölkənin bütün bölgələrində  qılınacaq."
Qeyd edək ki, Fitir bayramı namazı sabah Tehranda Ali Rəhbər Ayətullah Xameneinin imamətliyi ilə  saat 8.30-da qılınacaq.

Ayətullah Xameneinin dəftərxanasının rəsmi saytında xəbərin adresi: http://farsi.khamenei.ir/news-content?id=42753

http://iqna.ir/fa/news/3817247

Teqlər: xamenei ، fitr bayramı ، oruc ، şəvval
Ad:
E-poçt:
* Comment: