IQNA

12:08 - June 05, 2019
Xəbər sayı: 3485274
Avropa İttifaqı (Aİ) İsrail rejiminin işğal altındakı Qüdsdə yəhudilər üçün 805 yaşayış yeri inşa etməyə dair tender qərarından sonra yəhudiləşdirmə siyasətinə qarşı olduğunu bildirib.

Avropa İttifaqı (Aİ) İsrail rejiminin işğal altındakı Qüdsdə yəhudilər üçün 805 yaşayış yeri inşa etməyə dair tender qərarından sonra yəhudiləşdirmə siyasətinə qarşı olduğunu bildirib.

Felestin.info "Palinfo"-ya istinadla xəbər verir ki, Aİ açıqlamasında "İsrailin Şərqi Qüdsdə də daxil olmaqla, yəhudiləşdirmə siyasətinə qəti şəkildə qarşı olduğumuzu vurğulayırıq. Bu beynəlxalq qanunlara uyğun gəlməyən tamamilə qeyri-qanuni hərəkətdir. Eyni zamanda sülh işlərinin qarşısında da maneə yaradır", - deyə qeyd edib.

Aİ iki dövlətli həll formulunun tətbiqi üçün tərəflər və beynəlxalq dairələrlə əlaqələrini davam etdirəcəyini diqqətə çatdırıb.

Açıqlamada Şərqi Qüdsdəki yəhudiləşdirmə və yəhudi yaşayış sahələrini genişləndirmə siyasətimin çözümü mümkünsüz hala gətirdiyi bildirilərək, qalıcı və ədalətli sülhün təmin edilməsi üçün Qüdsün iki dövlətin də paytaxtı olmalı olduğu iddia edilib.

İsrail rejimi Qüdsdə 805 yəhudi yaşayış yeri inşa etmək üçün tender elan edəcəyini və bunlardan 460-nın Bisqat Zeiv, 345-nin Ramat yəhudi yaşayış yerində olacağını açıqlamışdı.

Ad:
E-poçt:
* Comment: