
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, mübarək Ramazan ayının sona çatması və Şəvval ayının daxil olması münasibəti ilə bütün dünyada dünən və bu gün FİTR bayramı namazı qılınıb.
Dünya müsəlmanları mübarək Fitr bayramını öz milli adət və ənənələrinə uyğun şəkildə keçirirlər.
Dünən (4 İyun 2019) Ərəbistan, Küveyt, Qətər, BƏƏ, Əfqanıstan, İraq və Nigeriya müsəlmanları Fitr bayramı namazını qılıblar. İran, Misr, İordaniya, İndoneziya, Yaponiya, Malaziya, Suriya, Hindistan, Avstraliya, Azərbaycan və Rusiyanın bəzi bölgələri isə bu gün (5 İyun 2019) Fitr bayramı namazını qıldılar.
Fitr bayramı mərasimləri Şəvval ayının 1-də Fitr namazı ilə başlayır və müxtəlif bayram proqramları ilə bir neçə gün davam edir.

Rumuniyalı 10 aylıq Əmirə xanım anası ilə birlikdə paytaxt Buxarestdə Fitr namazının başlanmasını gözləyir.

Əfqanıstanın Məzari-Şərif şəhərinin əhalisi Göy məscidə Fitr namazı qılmağa gedirlər.

Suriyanın paytaxtı Dəməşqdə Fitr bayramı namazı hərəm müdafiəçilərinin iştirakı ilə.

Türkiyənin İstambul şəhərində Fitr bayramı namazı

Suriyanın paytaxtı Dəməşqdə Fitr bayramı namazı

Efiopiyanın Adisababa şəhərində Fitr bayramı namazı

Beytul-Müqəddəsdə Fitr bayramı günü şirini satışı

Konqonun paytaxtı Kinşaza şəhərində Fitr bayramı namazı

Moskva polisi Fitr bayramı namazı qılanların təhlükəsizliyini təmin edir

Nigeriyanın paytaxtı Əbucada Fitr namazı

Bağdadın təhlükəsizlik qüvvələri bayram namazı qılanların təhlükəsizliyini təmin edir.

Pişavərli qız uşaqları Fitr bayramı münasibəti ilə əllərinə xına yaxıblar.