IQNA

5:43 - June 30, 2019
Xəbər sayı: 3485412

Dörd şeydən qorxub, dörd kəlməyə sığınmayan şəxsə təəccüb edirəm

 “(Yoxsul bir şəxs varlı bir şəxsə xitabən buyurdu:) Əgər məni mal və övlad baxımından özündən aşağı görürsənsə, ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin...” 

Dörd şeydən qorxub, dörd kəlməyə sığınmayan şəxsə təəccüb edirəm

İmam Sadiq (ə) buyurmuşdur: “Dörd şeydən qorxub, dörd kəlməyə sığınmayan şəxsə təəccüb edirəm:

1. Qorxu içində yaşayan, amma

حَسْبُنَا اللّهُ وَنِعْمَ الْوَكِيلُ –

Həsbunəllah və ne`məl-vəkil” (Allah bizə kifayətdir və O, nə gözəl vəkildir!) – zikrinə sığınmayan şəxsə təəccüb edirəm! Bir halda ki, Allah-Taala həmin zikrin davamında belə buyurmuşdur: “Sonra da (cihada gedənlər, şeytani vəsvəsələrə uymayanlar və “camaat sizə qarşı qüvvə toplamışdır, onlardan qorxun!” – deyənlərin müqabilində imanlarını daha da artırıb bu zikrə sığınanlar) Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular...” (“Ali-İmran”/173-174.)

2. Qəm-qüssə içində olan, amma

لَا إِلَهَ إِلَّا أَنتَ سُبْحَانَكَ إِنِّي كُنتُ مِنَ الظَّالِمِينَ –

Lə iləhə illə əntə, subhanəkə, inni kuntu minəz-zalimin” ((Pərvərdigara!) Səndən başqa məbud yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!) – zikrinə sığınmayan şəxsə təəccüb edirəm! Çünki Allah-Taala bu zikrin davamında belə buyurmuşdur: Biz onun (Yunisin) duasını (bu zikrə sığındığı üçün) qəbul etdik və onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!(“Ənbiya”/87-88.)

3. Məkr və hiyləyə məruz qalan, amma

أُفَوِّضُ أَمْرِي إِلَى اللَّهِ إِنَّ اللَّهَ بَصِيرٌ بِالْعِبَادِ –

Ufəvvizu əmri iləllah, innəllahə bəsirun bil-ibad” (Mən öz işimi Allaha həvalə edirəm. Həqiqətən, Allah bəndələrini görəndir!) – zikrinə sığınmayan şəxsə təəccüb edirəm! Çünki Allah-Taala həmin zikrin davamında belə buyurmuşdur: Beləliklə, Allah onu (Musanı həmin zikri dilinə cari etdiyi üçün) onların (Firon əhlinin) qurduğu hiylələrin şərindən qorudu... (“Qafir”/44-45.)

4. Dünya və dünyanın gözəlliklərini istəyən, amma

مَا شَاء اللَّهُ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ –

Maşaəllah, la quvvətə illa billah” (“Allah hər nə istəsə (o olacaqdır); güc və qüvvət yalnız Allaha məxsusdur!) – zikrinə sığınmayan şəxsə təəccüb edirəm! Çünki Allah-Taala həmin zikrin davamında belə buyurmuşdur: “(Yoxsul bir şəxs varlı bir şəxsə xitabən buyurdu:) Əgər məni mal və övlad baxımından özündən aşağı görürsənsə, ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin... (“Kəhf”/39-40.)

(“Əl-əmali”, Şeyx Səduq, səh.6; “Biharul-ənvar”, c.90, səh.184-185.)

Maide.Az

captcha