İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbər görə, Nigeriya məhkəməsi ölkə şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının müalicə üçün Hindistana getməsi haqqında qərar çıxardıb. Bu haqda Nigeriya İslami Hərəkat öz twitter səhifəsində məlumat yayıb.
Məlumatda bildirilir: "Məhkəmə hakimi Şeyx Zəkzaki və həyat yoldaşına müalicə üçün izn verilməsinin vacibliyini vurğulayıb. Hakim bildirib ki, səhətti ağır olduğu üçün canı təhlükədədir və məhkəməyə gələ bilmir. Hakim bu səbəbdən Hindistanda müalicə almaq üçün göndərilməsinə qərar verdi."
Məlumatda qeyd olunur ki, Şeyx Zəkzakinin Hindistana müalicə üçün getmə şərtlərini Nigeriya hökuməti müəyyənləşdirəcək.
Qeyd edək ki, 17 iyun 2019-cu ildə aparılan müayinə zamanı Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının səhhətində ciddi problemlər aşkarlanaraq bu barədə Kadun vilayəti ali məhkəməsinə ərizə göndərilib. Məhkəmə iki dəfə təxirə salınıb və növbəti məhkəmənin bu gün keçirilib.