IQNA

Yəmən "məlik xalid" hava bazasına qarşı pilotsuz hücumu edib

19:14 - August 27, 2019
Xəbər sayı: 3485746
Yəmənin ordusu və xalq komitələrinin pilotsuz bölməsi bir daha ərəbistanın Əsir əyalətində yerləşən "məlik xalid" hava bazasını hədəfə alıb.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri bu gün səhərçağı bildirib ki, bu hücumda hərbi rabitə sistemi və qırıcıların saxlanıldığı anqar "Qasif 2K" tipli bir neçə pilotsuzla hədəfə alınıbdır.

Yəhya Səri əlavə edib: Bu əməliyyat səud koalisiyasının cinayətlərinə, Yəmən xalqına qarşı mühasirənin və bu ölkəyə qarşı hava hücumlarının davam etməsinə cavab olaraq, həyata keçirilibdir ki, onların sayı ötən 12 saat ərzində 40 hala çatıbdır.

"Məlik xalid" hava bazası bundan öncə də Yəmənin ordusu və xalq komitələrinin pilotsuz hücum hədəfinə çevrilmişdi.

"Cizan" və "Əbha" hava limanları, həmçinin "məlik xalid" hava bazası son həftələrdə dəfələrlə Yəmənin ordusu və xalq komitələrinin pilotsuz bölməsi tərəfindən hədəfə alınıblar.

Bu iki hava limanı və "məlik xalid" hava bazası səud koalisiyasının Yəmənə qarşı hücumlarında istifadə olunan qırıcıların yanacaqdoldurma və onlara dəstək məkanıdır.

Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on altı mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.

Ərəbistanın hərbi təcavüzü habelə yoxsul Yəmən ölkəsini kəskin qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.

Teqlər: yəmən ، Məlik Xalid ، iqna ، quran ، müsəlman
captcha