IQNA

İslamı qəbul etmiş professor Məhərrəm ayı ilə bağlı getdiyi Afrikada qəzaya düşdü

23:50 - August 30, 2019
Xəbər sayı: 3485752
İslam dinini qəbul etmiş və Əhli-beytə (ə) vurğunluğu ilə tanınan Fransız professor, yazıçı, Quran tərcüməçisi Kristian Bonaud dünyasını dəyişib.
İslam dinini qəbul etmiş və Əhli-beytə (ə) vurğunluğu ilə tanınan Fransız professor, yazıçı, Quran tərcüməçisi Kristian Bonaud dünyasını dəyişib.
 
Professor Məhərrəm ayı ilə əlaqədar tədbirlərdə iştirak etmək və İmam Hüseynin (ə) bu hərəkatının ideologiyasından danışmaq üçün getdiyi Kot de İvuarda qəzaya düşüb.
 
Qeyd edək ki, 1957-ci ildə Almaniyanın Freiburg şəhərində ənənəvi katolik bir ailədə anadan olan Kristian Bonaud atasının peşə vəzifəsi ilə əlaqədar 10 yaşına qədər Almaniya və Əlcəzairdə yaşamış, daha sonra Fransanın Strasburq şəhəri şəhərinə köçmüşdü.
 
O, uşaqlığından bəri Şərq dinlərinə maraq göstərdiyi üçün bu sahədəki işləri araşdırmaq üçün İspaniya, Mərakeş, İtaliya, Belçika, Hollandiya, Almaniyaya səyahət edib. O, fransız Müsəlman filosof Rene Guenonun əsərlərindən təsirlənərək, 1979-cu ildə İslamı qəbul edir, daha sonra İslam elmi, Ərəb Dili və Ədəbiyyatı fakültəsində təhsil alır. Universitet illərində isə məşhur fransız müsəlman filosof Henri Korbinin əsərləri ilə tanış olub. /maide.az/
captcha