IQNA

22:08 - September 17, 2019
Xəbər sayı: 3485828
İmam Hüseyn (ə) hərəminin Darul-Quranı tərəfindən keçirilən bu mərasimdə beynəlxalq Quran qariləri, o cümlədən İran İslam Respublikasının beynəlxalq dərəcəli Quran ustadı Kərim Mənsuri tilavət edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari ilin Aşura günü (10 Sentyabr) Kərbəlada baş verən hadisə zamanı şəhid olanların xatirəsinə Həzrət İmam Hüseynin (ə) müqəddəs hərəmində əza məclisi keçirilib.

İmam Hüseyn (ə) hərəminin Darul-Quranı tərəfindən keçirilən bu mərasimdə beynəlxalq Quran qariləri, o cümlədən İran İslam Respublikasının beynəlxalq dərəcəli Quran ustadı Kərim Mənsuri tilavət edib.

Aşura günü, "Babur-Rəca" qapısında "Rəkzətut-Tüvəyric" adlı əzadarlıq ayini zamanı cəmiyyətin sıxlığında zərər çəkmiş və həyatını itirmiş ziyarətçilərin anım mərasimi "Şühədaun əla təriqil-Hüseyn (ə)" (İmam Hüseyn yolunda şəhid olanlar) devizi ilə keçirilib.   

Qeyd edək ki, İraqın Səhiyyə Nazirliyinin hesabatına görə, Aşura günü Kərbəla şəhərində baş hadisə zamanı 36 ziyarətçi şəhid olub və 122 nəfər ağır yaralanıb.  

http://iqna.ir/fa/news/3842717

 

Teqlər: aşura ، tüvəyric ، iqna ، imam Hüseyn
Ad:
E-poçt:
* Comment: