İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin Birmingham şəhərində yaşayan müsəlmanlar qeyri-müsəlmanlara gül və hicab hədiyyə edib.
Gül və hicab hədiyə paketi Birmingham şəhərinin küçələrində insanlara paylanılıb. Onlara müsəlman qadınlar və hicab haqqında məlumat verilib.
Aksiyaya qoşulan qeyri-müsəlman qadınlar müsəlman qadınlara dəstək məqsədilə hicab geyinib.