IQNA

5:54 - September 25, 2019
Xəbər sayı: 3485871

Sabah Xorvatiyanın 26-cı beynəlxalq Quran yarışları başlayır

İslami Şeyxiyyət İdarəsinin təşəbbüsü ilə təşkil edilən Qurani-Kərimin hifzi və peşəkar qiraəti üzrə yarışlar Xorvatiyanın paytaxtı Zaqreb şəhərinin İslam Mərkəzində keçiriləcək.

Sabah Xorvatiyanın 26-cı beynəlxalq Quran yarışları başlayır

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, sabah, Cüməaxşamı günü, 26 Sentyabr 2019-cu il, Xorvatiyada 26-cı beynəlxalq Qurani-Kərim yarışları başlayır.

Qurani-Kərimin hifzi və peşəkar qiraəti üzrə keçiriləcək bu yarış Sentyabr ayının 28-dək davam edəcək.  

İslami Şeyxiyyət İdarəsinin təşəbbüsü ilə təşkil edilən Qurani-Kərimin hifzi və peşəkar qiraəti üzrə yarışlar Xorvatiyanın paytaxtı Zaqreb şəhərinin İslam Mərkəzində keçiriləcək.

Müxtəlif ölkələrin nümayəndələrinin iştirak edəcəyi bu yarışlarda İran İslam Respublikasını Quranın hifzi üzrə Məhəmməd Xakpur və Quranın peşəkar qiraəti üzrə Hadi Əsfidani təmsil edəcəklər.   

http://iqna.ir/fa/news/3844014

captcha