IQNA

Amerika müsəlmanları "İslami Vəhdət" yürüşü keçirdilər

6:18 - September 25, 2019
Xəbər sayı: 3485872
Amerikanın Nyu-York şəhərində müsəlmanların izdihamlı iştirakı ilə keçirilən bu yürüşdə müsəlmanlar İslam ümmətinin vəhdətinin zəruriliyinə və Kəşmirə dəstək olmağa təkid ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerika müsəlmanları hər il olduğu kimi bu ildə "İslami Vəhdət" yürüşü keçiriblər.

Sentyabr ayının 22-də keçirilən bu yürüşdə üç min nəfərdən çox müsəlman iştirak edib.

Nyu-York şəhərində keçirilən bu yürüşdə müsəlmanlar İslam ümmətinin vəhdətinin zəruriliyinə və Kəşmirə dəstək olmağa təkid etmişlər.

35-ci "İslami Vəhdət" yürüşünün keçirilmə komitəsinin rəisi Fariz Fəyyaz bu barədə deyib: Bu yürüşdə hədəfimiz müsəlmanların əldə etdikləri nailiyyətləri, qardaşlığımızı, müxtəlif növ mədəniyyətimizi, öz mədəniyyətimizə bağlılığımızı və dinamik inkişafımızı hamıya göstərməkdir.

Yürüşdə iştirak edən və əslən Fil Dişi Sahilindən olan Adamz Fufana vurğulayıb: Altı ildir ki, bu yürüşdə iştirak edirəm. Hər il bu proqrama qatılmağı sevirəm. Çünki Amerikada yaşayan müsəlman cəmiyyətin müxtəlifliyinin göstəricisidir.

http://iqna.ir/fa/news/3844391

captcha