IQNA

V ƏRBƏİN Dünya Mükafatının yekun mərasimi keçiriləcək

17:27 - September 25, 2019
Xəbər sayı: 3485876
ƏRBƏİN Dünya Mükafatı beynəlxalq səviyyədə keçirilən mədəni proqramdır. Bu proqramın hədəfi Aşura mədəniyyəti və maarifini yaymaq və İmam Hüseyn (ə) aşiqlərinin eşq cilvəgahını dünyaya nümayiş etdirməkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari ilin Oktyabr ayının 1-də İran İslam Respublikasının İslami Təbliğat və Əlaqələr Təşkilatının təşəbbüsü ilə V ƏRBƏİN Dünya Mükafatının yekun mərasimi keçiriləcək.

ƏRBƏİN Dünya Mükafatı beynəlxalq səviyyədə keçirilən mədəni proqramdır. Bu proqramın hədəfi Aşura mədəniyyəti və maarifini yaymaq və İmam Hüseyn (ə) aşiqlərinin eşq cilvəgahını dünyaya nümayiş etdirməkdir.

Bu proqram indiyədək müxtəlif ölkələrin iştirakı ilə beş il arıdıcıl olaraq keçirilmişdir. Beşinci turun yekun mərasimində 20 ölkədən olan iştirakçıların ƏRBƏİN və Aşura mövzusunda yaratdıqları əsərlər dəyərləndirilib mükafatlandırılacaq.

Müxtəlif ölkələrin rəsmilərinin, dini şəxsiyyətlərinin və tələbələrinin iştirakı ilə keçiriləcək yekun mərasimində altıncı turun da açılışı və mövzuları elan ediləcək.

ƏRBƏİN Dünya Mükafatında iştirak edənlər öz əsərlərini səfərnamə, film və foto formatlarında hakimlər heyətinə təqdim edirlər. seçilmiş əsərlər yekum mərasimi çərçivəsində sərgiyə çıxarılır.

http://iqna.ir/fa/news/3844553

captcha