IQNA

Əfqanıstanlılar bu gün yeni prezident seçəcəklər

4:24 - September 28, 2019
Xəbər sayı: 3485885
Bu səsvermədə 13 milyon nəfərin iştirak etmək səlahiyyətinə malik olmasına baxmayaraq indiyədək təkcə 9 milyon 600 min nəfər səsvermə üçün ilkin qeydiyyatdan keçiblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün (28 Sentyabr 2019) Əfqanıstan xalqı yeni prezidentlərini seçmək üçün səs verəcəklər.

Bu səsvermədə 13 milyon nəfərin iştirak etmək səlahiyyətinə malik olmasına baxmayaraq indiyədək təkcə 9 milyon 600 min nəfər səsvermə üçün ilkin qeydiyyatdan keçiblər.

Əfqanıstanın 34 əyalətində səsvermə keçiriləcək. Taliban terror təşkilatının kontrolunda olan ərazilərdə səslər alınmayacaq.

Qeyri-rəsmi məlumata görə, Taliban Əfqanıstanın 40 şəhərinə tam nəzarət edir və digər 100 şəhər də Talibanın terror əlçatımında olduğu üçün səsvermənin təhlükə altında olacağı deyilir. Bundan əlavə səsvermə məntəqələrinin üçdən birindən çoxu Taliban terrorçularının qorxusundan fəaliyyətini dayandırıb.

Bu seçkilərdə 15 namizəd rəqabət aparacaq. Onların arasında indiki prezident Məhəmməd Əşrəf Qəni və Abdullah Abudllah (Əfqanıstanın İcra Şurasının rəisi) digər namizədlərdən daha şanslı görünürlər.      

http://iqna.ir/fa/news/3845241

Teqlər: iqna ، Əfqanistan ، seçki ، səsvermə ، prezident
captcha