IQNA

İbri ilinin başlanğıcında sionistlər Əqsa məscidinə hücum etdilər

15:03 - September 29, 2019
Xəbər sayı: 3485889
Bu gün səhər çağı (29 Sentyabr 2019) İbri ilinin başlanması münasibəti ilə hərəkətə gələn sionist yəhudilər Əqsa məscidinə hücum ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün səhər çağı (29 Sentyabr 2019) İbri ilinin başlanması münasibəti ilə hərəkətə gələn sionist yəhudilər Əqsa məscidinə hücum ediblər.

Qəsəbə sakinləri olan yəhudilərin sayı 197 nəfər olub. Onlar məscidə hücum edərək məscidə və müsəlmanlara hörmətsizlik ediblər.

Vəhşi sionistlərin bu hücumunda İsrailin sabiq kənd təsərrüfatı naziri Yuri Aryel və sağçı radikal xaxam Yəhuda Gelik də iştirak edib.

Radikal yəhudilər sionist rejiminin təhlükəsizlik qüvvələri və polisinin müşayəti ilə məscidə hücum edərək Məğaribə qapısından həyətə soxulublar.

Qəsəbə sakinləri olan sionistlər bu addımı "Heykel təşkilatı"nın çağırışı və dəvətinə cavab olaraq atıblar.

Əqsa məscidində namaz qılan və Quran oxuyan Fələstinli müsəlmanların yəhudiləri Rəhmət qapısından içəri soxulmağa qoymayıblar.

Beytul-Müqəddəs İslam Hərəkatı bütün müsəlmanlara çağırış edərək istəyib ki, Əqsa məscidni boş qoymasınlar və davamlı olaraq məsciddə ibadətlə məşğul olsunlar.  

http://iqna.ir/fa/news/3845702

captcha