IQNA

İranlı qari Xorvatiya beynəlxalq Quran yarışlarının birincisi oldu

10:43 - September 30, 2019
Xəbər sayı: 3485894
Sentyabr ayının 26-da Xorvatiyada 26-cı beynəlxalq Qurani-Kərim yarışlarına start verilmişdi. Paytaxt Zaqreb şəhərində Qurani-Kərimin hifzi və peşəkar qiraəti üzrə keçirilən bu yarış Sentyabr ayının 28-dək davam edib.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Sentyabr ayının 26-da Xorvatiyada 26-cı beynəlxalq Qurani-Kərim yarışlarına start verilmişdi. Paytaxt Zaqreb şəhərində Qurani-Kərimin hifzi və peşəkar qiraəti üzrə keçirilən bu yarış Sentyabr ayının 28-dək davam edib.  

Müxtəlif ölkələrin nümayəndələrinin iştirak etdiyi bu yarışlarda İran İslam Respublikasını Quranın hifzi üzrə Məhəmməd Xakpur və Quranın peşəkar qiraəti üzrə Hadi Əsfidani təmsil ediblər.  

Yarışların yekun mərasimində Qurani-Kərimin peşəkar qiraəti üzrə birinci yerin qalibi olaraq İranlı qari Hadi Əsfidani elan edilib. Bu ixtisas üzrə ikinci yeri Türkiyəli Quran qarisi əldə edib.  

Digər İranlı iştirakçı Məhəmməd Xakpur Qurani-Kərimin hifzi üzrə ikinci yeri əldə edib. Qurani-Kərimin hifzi üzrə biricni yeri Liviyalı və üçüncü yeri isə Malaziyalı iştirakçılar qazanıblar.  

Qeyd edək ki, Xorvatiyanın Quran yarışlarının hakimlər heyəti Fransa, Qətər, Türkiyə, Bosniya və Xorvatiyalı Quran ustadları tərəfindən təşkil edilib.

http://iqna.ir/fa/news/3845584

captcha